Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Google" izahlı lüğətinin funksiyalarını təkmilləşdirib


Dünyanın ən böyük axtarış sistemi "Google" "ağıllı" axtarış istiqamətini inkişaf etdirməyə davam edir: belə ki, istifadəçiyə yalnız istinadların siyahısı deyil,  həm də dərhal axtarılan informasiya təqdim olunur. Bu dəfə təkmilləşdirmələr sözlərin təyinatı ilə bağlı olub.

Bundan əvvəl "Google" axtarış sistemində artıq sözügedən funksiya mövcud idi, lakin o, əsasən kənar saytlardakı məlumatlar əsasında işləyirdi.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, hələ ki yeni funksiya yalnız ingilisdilli sorğular üçün əlçatandır: ondan istifadə etmək üçün sözün əvvəlində "define" sözünü yazmaq  lazımdır.

Emil Hüseynov
 
 




24/08/13    Çap et