Avropa İttifaqının 22 faiz vətəndaşı heç vaxt internetdən istifadə etməyib
Avropa İttifaqının 16 yaşından 74 yaşınadək olan 22 faiz vətəndaşı heç vaxt internetdən istifadə etməyib. Bu barədə Almaniya Federal Statistika İdarəsi 2012-ci ilin məlumatlarına əsasən bildirib. Almaniyada internetdən az istifadə edənlərin sayı 15 faiz təşkil edir.
Aİ ölkələri arasında bu göstərici üzrə Almaniya Fransa və Belçika ilə birlikdə yeddinci yeri tutur. Siyahıya Şimali Avropa ölkələri başçılıq etməklə Cənubi Avropa ölkələrini çox geridə qoyub.
Bütün avropalılar arasında ən fəal internet istifadəçiləri Skandinaviya ölkələrinin vətəndaşlarıdır, - Aİ-nin “Eurostat” statistik idarəsinin məlumatlarında deyilir. Daha çox istifadəçi İsveçdə qeydə alınıb. Orada əhalinin yalnız 5 faizi heç vaxt internetdən yararlanmayıb. Danimarkada bu göstərici 6, Finlandiyada 7 faizə bərabərdir.
Avropanın cənubunda vəziyyət tamamilə başqa cürdür. Belə ki, ispanların 27 faizi hələ də internetdən istifadə etməyib. İtaliya və Portuqaliyada bu göstərici sayı əhalinin üçdə birini, Yunanıstan və Bolqarıstanda təxminən 42 faizini təşkil edir. Bu göstərici Rumıniyada daha yüksəkdir. Bu ölkənin təxminən hər ikinci sakini hələ də internetə çıxış etməyib, - “IT Expert
www.itexpert.org.ua” yazır.