Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” birinci rübdə televizorların satışı üzrə dünya lideridir



Cənubi Koreyanın nəhəng texnika istehsalçısı "Samsung Electronics" şirkəti cari ilin birinci yarısının yekunları üzrə dünya televizorların satışı bazarında lider mövqe tutmaqda davam edir.

Belə ki, "DisplaySearch" analitik şirkətinin məlumatına görə, ilin birinci yarısında "Samsung"un düz ekranlı televizorlarının payı 27,1 faiz təşkil edib. İkinci yeri 16,3 faizlə digər Cənubi Koreya istehsalçısı "LG Electronics" şirkəti tutur. Yaponiyanın "Sony"  korporasiyası 6,7 faiz bazar payı ilə üçüncü yerdə qərarlaşıb.  
 
Beləliklə, "Samsung" ardıcıl 30 rübdür televizorların satışı üzrə lider olaraq qalır.

"Samsung Electronics"in liderlik mövqeyi xüsusilə bazara yeni modellərin çıxarılması ilə əlaqədardır. İyunun sonunda şirkət rəqibi "LG"-nin ardınca Cənubi Koreyada bükük ekranlı "OLED" texnologiyalı televizorlar təqdim edib, - "Digit www.digit.ru" yazır.




26/08/13    Çap et