Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” robot taksilər yaradır


“Google” şəhər yolları ilə sərbəst hərəkət edəcək taksilərin  hazırlanması ilə məşğuldur. Mənbələr deyir ki, şirkət sərbəst hərəkət edəcək quql avtomobilləri üçün komponentlərin tədarükü ilə bağlı “Continental” və “Magna International” istehsalçıları ilə danışıqlar aparır.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, dünyanın ən böyük avtomobil şirkətləri internet nəhəngi ilə əməkdaşlıqdan imtina etdikdən sonra o, öz brendi altında sərbəst hərəkət edən maşınların yaradılmasına qərar verib. Məsələn, Almaniyanın “Daimler AG” (“Mercedes-Benz” markasının sahibi) öz maşınlarına “Google”un texnologiyasını inteqrasiya etmək istəməyib.

“Google” şirkəti sürücüsüz hərəkət edən avtomobilləri özü sınaqdan keçirir. Bu cür maşınlarda süni intellekt texnologiyası, “Google Street View” xəritəsinin məlumatları, videokameralar və bir sıra sensorlar tətbiq edilir. İnternet nəhəngi sınaqlar üçün “Toyota Prius” və “Audi TT” modellərindən istifadə edir. Lakin hələ ki  geniş yollara çıxış onlara qadağandır.

Emil Hüseynov
 




26/08/13    Çap et