Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Finlandiyada mobil telefonların uzaq məsafəyə tullanılması üzrə 13-cü çempionat keçirilib
Mobil telefonların uzaq məsafəyə tullanılması üzrə növbəti dünya çempionatı şənbə günü Finlandiyanın Savonlinna şəhərində keçirilib.
“ICTnews.az” elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, kişilər arasında birinci yerə fin Rik Xavarinen layiq görülüb. O, mobil telefonu 97,73 metr məsafəyə tullayıb.
Qadınlar arasında isveçli Os Lundqren mobil telefonu 40.41 metr uzaqlığında məsafəyə tullamaqla birinci yerə layiq görülüb.
Xatırladaq ki, mobil telefonların uzaq məsafəyə tullanılması üzrə yarış ilk dəfə 2000-ci ildə Savonlinna şəhərində keçirilib. İdeyanın müəllifi Kristen Lunddur. Çempionatda istənilən şəxs iştirak edə bilər: əsas tələb odur ki, mobil telefonun çəkisi 220-400 qram aralığında olmalıdır.
Yarışın əsas mükafatı yeni telefon və ya mobil qurğu üçün aksesuarlardır.
Emil Hüseynov
26/08/13 Çap et