Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Ultel” müştərilərinə elektron fakturalar və danışıq açıqlamalarını təqdim edir
“Ultel” internet-provayder şirkəti istifadəçilərinə yeni xidmət təqdim edib.
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, “Ultel”in müştəriləri aylıq fakturaları və danışıqların açıqlamasını e-mail vasitəsilə ala bilərlər.
Bunun üçün hüquqi şəxslər e-mail ünvanını göstərməklə “Ultel”ə rəsmi məktub göndərməli, fiziki şəxslər isə şəxsən abunə şöbəsinə müraciət edib Şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.
Aynur Vəliyeva
26/08/13 Çap et