Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çin tarixində ilk dəfə bu vəziyyətə düşüb



Avqustun 25-də Çinin milli “.cn” domenində qeydiyyata alınmış minlərlə sayt irimiqyaslı “DDOS”-hücuma məruz qalıb.  

Ölkə hökumətinin Çin tarixində ən güclü adlandırdığı hücum bazar günü Pekin vaxtı ilə gecə saat 02:00-da başlayıb. Səhər saat 04:00-da birinci hücumdan sonra daha güclü ikinci hücum həyata keçirilib. Nəticədə bütün Çin internetinin xeyli hissəsindən istifadəçilər yararlana bilməyib.

“China Internet Network” informasiya mərkəzinin məlumatına görə, “DDoS”-hücumun nəticələrini aradan qaldırmaq və internet resurslara çıxışı tam bərpa etmək yalnız avqustun 26-da səhər mümkün olub.
İnternet resurslarının “DDoS”-hücumlardan qorunmasında ixtisaslaşan “CloudFlare” şirkətinin baş direktoru Metyu Prinsin sözlərinə görə, Çin domeninə hücum ölkədə ümumi internet trafikinin 32 faiz azalmasına səbəb olub.

Qeyd edək ki, Çində ən mürəkkəb internet filtr sistemlərindən biri quraşdırılsa da, ölkənin internet seqmentini belə hücumlardan qorumur. Çin çoxsaylı hesabatlarda “DDOS”-hücumların ən başlıca mənbələrindən biri kimi sadalanır. Dünyada həyata keçirilən “DDOS”-hücumların 38-55 faizi Çinin payına düşür, - “Lenta www.lenta.ru” yazır.  
 

 
 
 




27/08/13    Çap et