Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan və Gürcüstanın sərhədboyu ərazilərində CDMA kanallarının monitorinqinə başlanılıb
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi Azərbaycan və Gürcüstanın sərhədboyu ərazilərində CDMA kanallarının monitorinqinə başlayıb.
DRİ-dən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, idarənin mütəxəssisləri tərəfindən Azərbaycan və Gürcüstanın sərhədboyu ərazilərində CDMA kanallarının araşdırılması məqsədilə Gürcüstanın müvafiq qurumu ilə RİTN arasında imzalanmış ikitərəfli protokola uyğun olaraq hər iki ölkənin CDMA operatorlarının iştirakı ilə 26-29 avqust 2013-cü il tarixlərində birgə radiomonitorinq işləri aparılacaq.
Aynur Vəliyeva
27/08/13 Çap et