Bu şirkət LTE-smartfonlar bazarında üstünlüyünü tamamilə itirib
"LTE" yüksəksürətli mobil rabitə texnologiyasını dəstəkləyən qurğuları hamıdan birinci təqdim edən Tayvanın "HTC" şirkəti bu seqmentdə tam olaraq üstünlükdən məhrum olub.
Belə ki, "Strategy Analytics" tədqiqat şirkətinin məlumatına görə, Tayvanın smartfon istehsalçısı "Samsung Electronics", "Apple", "Sony Mobile Communications" və "LG Electronics" kimi rəqib şirkətlərdən çox geridə qalıb.
Məhz bu 4 şirkət aparıcı LTE-smartfonlar reytinqində ilk yerləri tutur. 2013-cü ilin ikinci rübündə istehsalçıların bazar payı bu şəkildə bölünüb: "Samsung"- 47 faiz, "Apple" - 23,5 faiz, "Sony" - 6,2 faiz, "LG" - 4 faiz.
"HTC"-yə gəldikdə, istehsalçı rübü 3 faizlik göstərici ilə başa vurub. Lakin bu yaxınlarda – 2011-ci ilin birinci rübündə Tayvan şirkəti LTE-şəbəkələri dəstəkləyən qurğular bazarının 80 faizinə nəzarət edib.
Seqmentdə rəqabət yüksək sürətlə artıb. "Qualcomm" şirkətinin LTE-həlləri sayəsində yeni standartdan istifadə edən smartfonlar əksər istehsalçıların məhsul çeşidində yer almağa başlayıb. Bu işdə Çinin "Huawei", "ZTE", "Yulong" (Coolpad) şirkətlərinin də öz rolu var. Çünki onlar bazara "LTE" üçün "Marvell Technology" və "HiSilicon Technologies" şirkətlərinin istehsalı olan çipləri dəstəkləyən modellər çıxarıblar, - "DailyComm
www.dailycomm.ru" yazır.