Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
ABŞ-da stasionar genişzolaqlı internetə çıxışın nüfuzetmə səviyyəsi Rusiya ilə müqayisədə iki dəfə çoxdur
“Pew Research Center” şirkətinin hesabatına əsasən, bu ilin avqustunda stasionar yüksəksürətli genişzolaqlı internetə çıxış xidmətlərinin nüfuzetmə səviyyəsi ABŞ əhalisinin 70%-ni təşkil edib. Rusiyada bu göstərici 33% təşkil edir.
Beləliklə, ABŞ-da genişzolaqlı internetə çıxış səviyyəsi Rusiyanın göstəricisini iki dəfə ötür.
“ICTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, “Pew Research Center” şirkətinin məlumatına görə, amerikalıların 85%-i internetə çıxış imkanına malikdir. Rusiyada bu göstərici 49% təşkil edir.
Emil Hüseynov
27/08/13 Çap et