Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Nokia” şirkətinin “Windows” əməliyyat sistemi ilə işləyəcək ilk planşetinin xüsusiyyətləri açıqlanıb


"The Verge" nəşri anonim mənbələrə istinad edərək yazır ki, "Nokia" şirkəti sentyabrın 26-da keçiriləcək tədbirdə "Windows RT" əməliyyat sistemi ilə işləyən planşetini təqdim edəcək.

"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, "Sirius" kod adına malik aparat 1080x1920 nöqtə təsvir ölçülü 10,1 düymlük ekran, dördnüvəli "Snapdragon 800" prosessoru, 2 QB əməli və 32 QB daxili yaddaşla təchiz ediləcək.

Planşet, həmçinin iki kamera (iki və altı meqapiksel), yaddaş kartları üçün slot, "Micro-HDMI" və "Micro-USB" portları və LTE şəbəkələrini dəstəkləyən mobil modulla təchiz ediləcək. "Sirius" aparatının avtonom iş vaxtı 10 saata bərabərdir.

Sözügedən qurğu "iPad 4" planşet kompüteri ilə müqayisədə daha nazik olacaq. Onun çəkisi isə 500 qr təşkil edəcək. Qurğunun dəqiq qiyməti açıqlanmayıb, lakin "Apple"ın planşetləri ilə eyni qiymətdə olacağı məlumdur.

Emil Hüseynov




27/08/13    Çap et