Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Distant təhsil üzrə xarici ali təhsil müəssisələrinin diplomlarının Azərbaycanda tanınmasına müvafiq akt qüvvəyə mindikdən sonra baxılacaq
“Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 10.5-ci maddəsində distant təhsilalma forması üçün müvafiq təhsil proqramının tətbiq edilməsi tələbi nəzərdə tutulub.
Amma hazırda Azərbaycanda müvafiq icra mexanizmi təsdiq edilmədiyindən, distant təhsilalma formasında xarici ali təhsil müəssisələrinin məzunlarının diplomlarının ölkə ərazisində tanınması (nostrifikasiya) həyata keçirilmir.
Bu sahədə müvafiq normativ-hüquqi akt qüvvəyə mindikdən sonra qeyd edilən məsələyə baxılacaq.
Bu barədə məlumat verən Təhsil Nazirliyindən bildirilib ki, “Təhsil haqqında” qanuna əsasən, təhsilalma formalarından biri də distant təhsildir: “Lakin tədrisin distant formada icra mexanizmi olmadığından respublikanın ali təhsil müəssisələrində distant təhsilalma forması tətbiq edilməyib”.
Həqiqət İSABALAYEVA
27/08/13 Çap et