Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İlin sonuna kimi bütün məktəblər internetə qoşulacaq
Azərbaycanda bu ilin sonunadək bütün ümumtəhsil məktəblərinin internetlə təmin edilməsi nəzərdə tutulub.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, hazırda ölkədə ümumtəhsil məktəblərinin 87,2%-i kompüterlə təchiz edilib və məktəblərin kompüterləşmə prosesi başa çatmaq üzrədir.
Ötən ilin nəticələrinə əsasən, Azərbaycanda ümumtəhsil məktəblərinin 48,3%-i internetə qoşulub, ölkədə hər 16 şagirdə 1 kompüter düşür.
Xatırladaq ki, məktəblərin kompüterləşməsi və internetə qoşulması üzrə işlər Azərbaycanda 2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
Aynur Vəliyeva
27/08/13 Çap et