Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“LG Optimus L9 II” smartfonu rəsmən təqdim edilib


“LG” şirkəti rəsmən yeni “Optimus L9 II” smartfonunu təqdim edib. Bu qurğu orta qiymət kateqoriyasına məxsus cihazlar sinfinə aiddir və satışları oktyabrda başlamalıdır.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, “LG Optimus L9 II” smartfonu 4,7 düymlük “HD” displey və 1,4 QHs takt tezlikli ikinüvəli prosessorla təchiz edilib. Əməli və daxili fləş-yaddaşın həcmi hələ bilinmir. Kameralarla da bağlı dəqiq informasiya yoxdur. Aparatın batareyasının tutumu 2150 milliamper/saat təşkil edir.

Emil Hüseynov
 
 




27/08/13    Çap et