Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“WLAN” avadanlıq bazarında artım qeydə alınıb
“IDC” analitik şirkətinin məlumatlarına əsasən, 2013-cü ilin ikinci rübünün yekununa görə həm korporativ, həm də istehlak istiqamətli simsiz şəbəkə qurğularının ümumi satış həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,8% artıb. Ümumi satış həcmi təxminən 1,1 milyard dollar təşkil edib. Hesabata əsasən, korporativ avadanlıq seqmentində 14,8% artım qeydə alındığı halda, istehlak seqmentində bu göstərici 6,5%-dir.
“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, bu ilin ikinci rübünün yekununa görə “WLAN” qurğular bazarının lideri “Cisco Systems” şirkəti olub.
Emil Hüseynov
28/08/13 Çap et