Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

MDB ölkələrinin ali məhkəmələri birgə elektron sistem yaradacaq



MDB ali məhkəmələrinin sədrləri xaricdə sahibkarlara mübahisələri həll etməkdə kömək edəcək birgə elektron sistemin yaradılması barədə razılığa gəliblər. Belə ki, tərəflərin video-konfrans rabitəsindən istifadə etmək və hüquqi yardımın göstərilməsi üçün sorğuları elektron şəklində göndərmək imkanı olacaq. 

Bu qərarlar avqustun 21-də Kiyevdə keçirilən ali arbitraj, təsərrüfat, iqtisadi və iqtisadi mübahisələr üzrə digər məhkəmələrin Sədrlər Şurasının  X iclasında qəbul edilib. 

İclas iştirakçıları digər məsələlərlə yanaşı, ədliyyə sisteminə kömək edəcək müasir texnologiyaların tətbiqinə də xüsusi diqqət yetiriblər.

İştirakçıların fikrincə, informasiya bəşəriyyətin qlobal resursuna çevrilib və bunun nəticəsində informasiya texnologiyaları və telekommunikasiya vasitələri müasir həyatın ayrılmaz hissəsi və bütün fəaliyyət sahələrində, o cümlədən məhkəmə sistemində mütəxəssislərin mütləq aləti olub. Bu baxımdan iclas iştirakçıları elektron texnologiyaların keyfiyyətli və operativ ədliyyənin həyata keçirilməsi üçün əsas vasitə olması barədə qənaətə gəliblər, - “IT Expert www.itexpert.org.ua” yazır.
 




28/08/13    Çap et