Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Suriya hakerləri amerikanın "Nyu-York Tayms" qəzetinin saytına müdaxilə ediblər
Suriya hakimiyyətini dəstəkləyən "Suriya elektron ordusu" haker qruplaşması amerikanın "Nyu-York Tayms" qəzetinin saytına müdaxilə ilə bağlı məsuliyyəti öz üzərinə götürüb. Bu barədə onlar "Tvitter" mikrobloqlar şəbəkəsindəki səhifəsində yazıblar.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, sözügedən resursun işində nasazlıq dünən qeydə alınıb. Artıq problem aradan qaldırılıb və sayt işləyir.
Ekspertlərin fikrincə, qəzetin saytı kompüter serverlərini onlara yüklənmənin artırılması və virus proqramlarına yoluxdurulması yolu ilə müəyyən müddətə sıradan çıxaran DDoS-hücuma məruz qalıb.
Xatırladaq ki, "Suriya elektron ordusu" nüfuzlu KİV saytlarına müdaxiləni dəfələrlə öz üzərinə götürüb.
Emil Hüseynov
28/08/13 Çap et