Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Füzuli Ələkbərov: “Ölkədə ən innovativ və dünya üzrə ən gəlirli sənaye sahələrindən biri olan peyk sənayesinin inkişafının əsası qoyulub”



“Qürur hissi doğuran əlamətdar tarixi hadisələrdən biri də Azərbaycanın ilk peyki olan «Azerspace-1» telekommunikasiya peykinin 7 fevral 2013-cü il tarixində orbitə buraxılmasıdır”. “ICTnews.az”-ın məlumatına görə, bu sözləri  Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Yeni Azərbaycan Partiyasının rəsmi internet səhifəsinə (yap.orq.az) verdiyi müsahibəsində söyləyib.

Nazir bildirib ki, peykimizin orbitə çıxarılması ilə Azərbaycan artıq kosmik ölkələr sırasına daxil olaraq uğura imza atıb. Onun sözlərinə görə, bununla da ölkədə ən innovativ və dünya üzrə ən gəlirli sənaye sahələrindən biri olan peyk sənayesinin inkişafının əsası qoyulub:

“Bununla yanaşı, artıq Azərbaycan xarici ölkələrin iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan, sivilizasiyalararası dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkan kimi beynəlxalq aləmdə mövqeyini gücləndirir”.


SEYMUR
 




28/08/13    Çap et