Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” gözəştə getdi


"Google" İrana qarşı sanksiyaları yüngülləşdirib. "Fars" xəbər agentliyinin verdiyi xəbərə görə, şirkət bu ölkəyə qarşı tətbiq olunmuş bəzi sanksiyaları ləğv edib.

Belə ki, "Google" artıq "Android" sistemi proqramçılarının bundan sonra öz pulsuz proqramlarını İranın kompüter istifadəçilərinin istifadəsinə verə biləcəklərini açıqlayıb.

Qeyd edək ki, "Google" şirkəti özünün bəzi kompüter proqramları və digər sistemlərini İranın istifadəsinə verə bilməz. Çünki bu xidmətlər sanksiyalar siyahısında yer alıb.

Kamal Hacıyev





28/08/13    Çap et