Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Zərərverici sayt yeniləmələr yükləyir


“ThreatTrack Security”nin mütəxəssisləri zərərverici sayt müəyyən ediblər.

“ICTnews” xəbər xidmətinin “www.cert.gov.az” saytına istinadən verdiyi məlumata əsasən, onun köməkliyi ilə avtomatik olaraq “Internet Explorer”, “Chrome” və “Firefox” brauzerlərinə saxta yeniləmələr yüklənilir. “ThreatTrack Security” bununla da qeyd edir ki, istifadəçinin kompüterinə zərərverici yeniləmələr yükləyən “browseratrisk.com” saytını bağlamaq da kifayət qədər çətindir.
 
Brauzerin yenilənməsinin sonuna yaxın istifadəçi kompüter “Sirefef” və “Shylock” proqramının versiyasından birinə yoluxur. “Shylock” yoluxmuş sistemdən məxfi informasiyaları "oğurlayır", bu vaxt ərzində isə “Sirefef” yoluxmuş qurğuda sistemin qorunmasını dayandırır və ona əlavə zərərverici komponentlər yükləyir. 
Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi internet istifadəçilərinə yalnız etibarlı mənbədən yeniləmələr yükləməyi tövsiyə edir.
 




28/08/13    Çap et