Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Daha tutumlu batareya ilə təchiz edilmiş smartfon təqdim edilib


“Philips” şirkəti “Xenium” xəttinə məxsus yeni smartfonunu təqdim edib. Qeyd edək ki, sözügedən xəttə məxsus aparatların əsas özəlliyi avtonom iş müddəti ilə bağlıdır. Model “W8510” adlanır.

“ICTnews.az” elektron xəbər xidməti “pitbit.ru” saytına istinadən bildirir ki, yeni smartfon 3300 milliamper/saat tutumunda batareya ilə təchiz edilib. Aparat vasitəsilə danışıq rejimində 18 saat və internet-sörfinq rejimində 10 saat işləmək mümkündür.

“Philips Xenium W8510” smartfonu 4,7 düymlük “HD” formatlı ekran, 1.2 QHs takt tezlikli dördnüvəli prosessor və 2 Qb əməli yaddaşla təchiz edilib. Aparatın satışlarına sentyabrda başlanılacaq.

Emil Hüseynov
 




29/08/13    Çap et