Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Optik lifli şəbəkələr üçün avadanlıq bazarının həcmi rüb ərzində 29% artıb
“Ovum” analitik şirkətinin tədqiqatına əsasən, 2013-cü ilin ikinci rübündə optik lifli şəbəkələr üçün avadanlıq bazarının həcmi ötən rüblə müqayisədə 29% artaraq 4,1 milyard dollar təşkil edib.
“ICTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, illik hesablama üzrə sözügedən bazarın həcmi 14,9 milyard dollara çatıb.
Çinin “Huawei” və “ZTE” şirkətləri daha yaxşı nəticə göstərib. İlə təkrar Şimali Amerika bazarında “Alcatel-Lucent”, “Cisco”, “Ciena” və “Fujitsu” şirkətləri liderlik edir.
Avropa, Yaxın Şərq, Afrika, həmçinin Cənubi və Mərkəzi Amerikada aşağı nəticə qeydə alınıb.
“Ovum” analitik şirkətinin proqnozuna görə, 2018-ci ilədək optik-lif şəbəkə bazarının həcmi 17 milyard dollar olacaq.
Emil Hüseynov
29/08/13 Çap et