Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yastı panel televizorların tədarükü 50 milyona çatıb


2011-ci ilin ikinci rübündə yastı panel televizorların tədarükü 50 milyona çatıb. Beləliklə, bu göstərici isə birinci rübün nəticəsini 3%, keçən ilin göstəricisini isə 12% ötüb. Belə olan halda tədarüklərin çox hissəsi maye kristal televizorların payına düşüb. Bu barədə “Displaybank”-ın məlumatında deyilir. Əvvəlki kimi maye kristal televizorların aparıcı təchizatçısı “Samsung Electronics” şirkətidir. Belə ki, onun bazarda payı 17% təşkil edir. “LG Displays” və “Sony” şirkətləri müvafiq olaraq ikinci və üçüncü yerləri tuturlar. Həmçinin “Displaybank” qeyd edib ki, bütün aparıcı televizor təchizatçıları 2011-ci ildə tədarük planlarını azaldıblar. Düzəliş edilmiş proqnoza əsasən, cari ildə tədarüklər 2010-cu il ilə müqayisədə yalnız 11% artaraq 200 milyona çatacaq.


www.dailycomm.ru




10/08/11    Çap et