Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ehtiyatlı olun: “Facebook”un 800 min istifadəçisi yeni virusun qurbanı oldu



"Facebook" sosial şəbəkəsində yeni virus yayılıb. Rusiya mətbuatının verdiyi məlumata görə, bu virus özünü dostlar tərəfindən paylaşılmış video kimi təqdim edir.

Hakerlərin bu fəaliyyətindən artıq 800 min sosial şəbəkə istifadəçisi əziyyət çəkib.

Həmin videonu açmaq istəyəndə belə bir məlumat çıxır ki, videoya baxmaq üçün plagin yükləmək lazımdır. Plagin yüklənildikdən sonra bəd xassəli proqram təminatı kompüterə düşərək bütün informasiyaları götürür və lazımi yerlərə ötürür.

Virusdan yaxa qurtarmaq elə də asan deyil. Virus çox sürətlə yayılır. Bir saat ərzində 40 min kompüterə hücum etmək imkanı var.

Kamal Hacıyev




29/08/13    Çap et