Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan sayt Azərbaycan mədəniyyətini beynəlxalq səviyyədə təbliğ edir
Mayın 31-də "55-ci Ümumdünya təsviri incəsənət sərgisi" Venetsiya Biennalesində Azərbaycan pavilyonunun rəsmi açılış mərasimi keçirilib.
"Ultra" şirkətindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, "
www.azerbaijanvenicebiennale.com" saytının yaradılmasında əsas məqsəd İtaliyanın Venetsiya şəhərində keçirilən "Azerbaijan Pavilion la Biennale di Venezia" sərgisi vasitəsilə Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə ictimaiyyətə tanıdılmasıdır.
"Azerbaijan Pavilion la Biennale di Venezia" veb-saytı müasir dizayn konsepsiyasına uyğun, yüksək effektivlik və sürət imkanlarına sahib PHP proqramlaşdırma texnologiyaları üzərində qurulub.
Sayt bir çox ölkələrin domenləri ilə fəaliyyət göstərir: "
www.azerbaijanvenicebiennale.az", "
www.azerbaijanvenicebiennale.ru", "
www.azerbaijanvenicebiennale.it" və yüksəksəviyyəli təhlükəsizlik sistemi ilə təchiz edilib.
May ayının 21-də istifadəyə verilən sayt istifadəçilər üçün rahat naviqasiyalı, cəlbedici, özünəməxsus cəhətləri əks etdirən veb-səhifələrdən ibarətdir. Saytın proqram təminatı, təhlükəsizlik sisteminə nəzarət, dizaynının hazırlanması və məlumatların yenilənməsi "Ultra" şirkəti tərəfindən həyata keçirilir.
Qeyd edək ki, ilk dəfə 1893-cü ildə keçirilən bu festival iki ildən bir dünya sənətkarlarının diqqətini Venetsiyaya yönəldir. XIV əsrə aid Lezze Sarayında yerləşən Azərbaycan pavilyonu "Ornamentlər" devizi altında təqdim olunur. Azərbaycanı altı rəssam – Butunay Haqverdiyev, Fəxriyyə Məmmədova, Fərid Rəsulov, Rəşad Ələkbərov, Sənan Ələsgərov və Çingiz təmsil edirlər. Azərbaycan, bu il artıq dördüncü dəfədir ki, Venetsiya Biennalesinə qatılır və bu, ölkəmizin, onun zəngin mədəniyyətinin tanıdılmasına köməklik edir.
Aynur Vəliyeva