Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

14 il bankrot vəziyyətində olan şirkət dünyanın ən bahalı şirkətinə çevrildi


“Apple” kapitallaşdırma üzrə neft şirkəti “Exxon Mobil Corp”-u ötərək bu gün rəsmi olaraq dünyada ən bahalı şirkət olub. Ekspertlər bildiriblər ki, “Apple” səhmləri bir neçə həftə əvvəl elan edilmiş rüblük məlumatdan sonra əhəmiyyətli dərəcədə artıb, lakin “Exxon” səhmləri son bir neçə gündə aşağı düşüb. “Apple”-ın dünyanın ən bahalı şirkəti olması ilə əlaqədar onun səhmləri 17% artaraq 369,89 dollar təşkil edib.
Ekspertlər bildiriblər ki, Stiv Cobs son 14 il ərzində bankrot vəziyyətində olan “Apple” şirkətini dünyanın ən bahalı biznes-strukturuna çevirməyə müvəffəq olub. 14 il əvvəl bu şirkət yalnız şəxsi kompyuterləri və proqramların bir neçə növü ilə bazarda mövqeyini möhkəmləndirməyə çalışıb. İndi isə “Apple” rəqəmsal musiqi, smartfon, internet planşet bazarında liderlik edir. Bundan başqa şirkət kompyuter bazarında öz payını aktiv surətdə artırır.
Son bir neçə il ərzində “Apple” “Microsoft”, “İBM” və “İntel” şirkətini kapitallaşdırma üzrə ötüb keçib. Maraqlıdır ki, qeyd olunan şirkətlər 1990-cı illərdə faktiki olaraq onu biznesdən kənarlaşdırmışdılar. "Apple” indi bir neçə il əvvəlki “Apple” deyil. İnsanlar indi “Apple” məhsulunu əldə edir və dostlarına da onları əldə etməyi məsləhət görürlər. Yüksək texnologiyalı həllər sahəsində bu, nadir imkandır” – “Stern Agee & Leach”-in analitiki Şou Vu bildirib.




10/08/11    Çap et