Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“YouTube” loqosunu dəyişdi
"YouTube" videohostinqi yeni loqo təqdim edib. Loqo sözügedən videohostinq xidmətinin rəsmi "Facebook" və "Twitter" səhifələrində yerləşdirilib.
"ICTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, yeni loqo ilk dəfə ötən həftə "YouTube"un "iOS" və "Android" platformaları üçün mobil tətbiqlərində təqdim edilib. Bununla belə saytda hələ də əvvəlki loqo əks olunur və yeni loqoya keçid müddəti açıqlanmır.
Xatırladaq ki, "YouTube" videohostinqinin istifadəyə verilməsindən sonra xidmətin loqosu yalnız bir dəfə cüzi dəyişikliyə məruz qalıb.
Emil Hüseynov
30/08/13 Çap et