Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Naxçıvanın mövcud telekommunikasiya şəbəkəsinin 90 faizdən çoxu optik şəbəkəyə birləşdirilib
Hazırda Naxçıvan Muxtar Respublikasının mövcud telekommunikasiya şəbəkəsinin 90 faizdən çoxu optik şəbəkəyə birləşdirilib. Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, optik şəbəkənin genişləndirilməsi “Evədək optika” layihəsinin həyata keçirilməsinə şərait yaradıb. Artıq bu istiqamətdə işlərə başlanılıb.
Məlumatda daha sonra bildirilir ki, telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi məqsədilə Sədərək-Ordubad arası yeni böyük tutumlu fiber-optik kabel xəttinin tikintisi həyata keçirilib. Ümumilikdə, muxtar respublika üzrə fiber-optik telekommunikasiya xətlərinin uzunluğu 700 kilometrdən çoxdur, fiber-optik telekommunikasiya şəbəkəsinin genişlənməsi əhalinin internetdən istifadə imkanlarını xeyli artırıb.
Bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, muxtar respublikaya daxil olan internetin sürəti artıb. Ümumtəhsil məktəblərində quraşdırılan kompüterlərin 83 faizdən çoxu internetə qoşulub. Hazırda Muxtar Respublikanın yaşayış ərazilərinin 80 faizində simsiz internet, 65 faizdən çoxunda genişzolaqlı internet xidmətləri göstərilir.
Statistik məlumatlara əsasən, muxtar respublikada kompüterdən istifadə edənlərin sayı 350 mindən çox, internetdən istifadə edənlərin sayı isə 400 minə yaxındır.
RƏVAN
30/08/13 Çap et