Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Skype” 10 yaşını qeyd edir


"Skype" internet-telefoniya xidməti 10 yaşını qeyd edir. Hazırda  təxminən hər üç beynəlxalq zəngdən biri "Skype" üzərindən həyata keçirilir. Sözügedən xidmətin yaradıcıları – isveçli Niklas Zennstrom və danimarkalı Yanus Fris onu 2003-cü ildə 3,1 milyard dollar qiymətinə "Ebay" şirkətinə sataraq işdən uzaqlaşıblar. Sonuncu internet-telefoniya xidməti vasitəsilə gəlir əldə etsə də, lakin onu ümumi struktura inteqrasiya edə bilməyib.

"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Skype"ın ilk server kommutasiyası 2003-cü il avqustun 29-da Tallində işə salınıb və o zaman şirkət "Sadəcə işləyən ödənişsiz internet-telefon" şüarını irəli sürüb.

"Telegeography"nin məlumatlarına əsasən, "Skype" artım tempinə görə  bütün ənənəvi telefon rabitəsi operatorlarını üstələyir.  İnternet-telefoniya xidmətinin əməkdaşları deyiblər ki, onların həlli beynəlxalq rabitə sisteminə öz təsirini göstərib, lakin 2008-ci ildən artım tempi zəifləyib, halbuki şirkət daha böyük uğur qazana bilərdi.

2005-ci ildə "Skype" mətn mesajlarını tətbiq etməyə başlayıb. Lakin şirkət ani mesaj dünyasında üstünlük əldə edə bilməyib, hərçənd ki, 2007-ci ildə mesajlar trafikin həcminə görə səsli ünsiyyəti üstələyib. "Videoünsiyyət həmişə əsas, mətn mesajları isə ikinci olub" – "Skype"ın sabiq mühəndisi Xenn Rukel deyib.

Həmçinin o deyib ki, şirkətin ən böyük korporativ səhvi onunla bağlı olub ki, o, yalnız səsli zənglər vasitəsilə gəlir əldə edib, başqa xidmətlər isə kommersiyalaşdırma üçün lazımınca inkişaf etdirilməyib.

Emil Hüseynov




30/08/13    Çap et