Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ekoloji problemlər sement sobasında xüsusi texnologiya ilə bərpa edilə bilər
Ekoloji problemlər sement sobasında xüsusi texnologiya ilə bərpa edilə bilər. Belə ki, sement istehsalı sənayesində tullantıların yandırılması mexanizmindən geniş istifadə olunmaqdadır. İKT İnformasiya Mərkəzindən verilən məlumata görə, Qaradağ rayonu ərazisində tullantıları utilizasiya edən ilk şirkət olaraq “Holcim” ətraf mühitin yaxşılaşdırılmasına töhfə verəcək:
“Şirkətin əməkdaşları Sahil qəsəbəsi sakinləri üçün bu texnologiya haqqında ictimai dinləmə keçiriblər. Tədbirin məqsədi Qaradağ rayonu sakinləri üçün texnoloji prosesin əhəmiyyəti, texniki göstəriciləri və digər məsələlərlə bağlı məlumat vermək idi. Eyni zamanda, istehsal prosesi ilə məşğul olan əməkdaşlara suallar ünvanlanaraq ətraflı məlumat əldə edilib. Yaxın zamanlarda, “Holcim” sement istehsalı zavodunda bu texnologiyadan istifadə ilə tullantıların yandırılması həyata keçiriləcək”.
Bu da ekoloji problemlərin həllində daha bir addım kimi qiymətləndirilir.
Həqiqət İSABALAYEVA
30/08/13 Çap et