Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Dell” iki yeni planşet təqdim etməyə hazırlaşır
“Dell” şirkəti “Windows” platforması əsasında işləyən 8 düymlük planşet hazırlayır və eyni zamanda 10,6 düym diaqonallı ekrana malik olan buraxılmasını müzakirə edir.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, hər iki qurğu “Intel Atom” və ya “Intel Core i” prosessorları əsasında işləməlidir. Əsas əməliyyat sistemi kimi “Windows 8.1” istifadə ediləcək.
Xatırladaq ki, bir müddət öncə “Microsoft” şirkəti “Windows 8.1” üçün sistem tələbləri liberallaşdırıb, bu da qeyd edilən əməliyyat sistemi və “x86” çipləri əsasında 8 düymlük planşetlər yaratmağa imkan verəcək. Öncə “Dell” şirkəti də bu ilin ikinci yarısında “bir neçə planşet modeli”ni təqdim etmək niyyətində olduğunu bildirib. Planşetin digər detalları haqda hazırda məlumat yoxdur.
Aynur Vəliyeva
30/08/13 Çap et