Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunacaq
Azərbaycanlı alimlərin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunacaq. AMEA-dan verilən məlumata görə, sözügedən məqalə AMEA
Kibernetika İnstitutunun direktoru, akademik
Telman Əliyev və digər institut əməkdaşlarına (Ə.M.Abbasov, Q.A.Quliyev, F.H.Paşayev, Ü.E.Sattarova) aiddir.
“Anomal seysmik proseslərin etibarlı küy monitorinqi sistemi” (“System of robust noise monitoring of anomalous seismic processes”) adlı məqalə yüksək impakt faktorlu “Soil Dynamics and Earthquake Engineering” jurnalının
oktyabr nömrəsində (cild 53, oktyabr 2013, səhifə 11-25) işıq üzü görəcək.
Həqiqət İSABALAYEVA