Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” korporasiyası geolokasiya xidmətində paya sahiblənə bilər
"Microsoft" korporasiyası "Foursquare" geolokasiya xidmətində paya sahiblənmək üçün danışıqlar aparır. Bu barədə anonim mənbələrə istinadən "Bloomberg" nəşri yazıb.
"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, "Foursquare" və "Microsoft" şirkətlərinin mətbuat xidmətləri bu məsələyə münasibət bildirməyiblər.
"Foursquare" xidməti 2009-cu ildə Dennis Kroulini və Navin Selvadura tərəfindən yaradılıb. Öz yerini qeyd etməyə imkan verən tətbiq "iOS", "Android" və "Windows 8" üçün əlçatandır.
Emil Hüseynov
30/08/13 Çap et