Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” şirkəti yeni sukeçirməz smartfonunu təqdim edib


“Huawei” şirkəti “Honor 3” sukeçirməz smartfonunu təqdim edib. Aparat “HD” təsvir ölçülü 4,7 düymlük ekran, 1.5 QHs takt tezlikli dördnüvəli “K3V2” prosessoru, 2 QB əməli və 8 QB daxili yaddaş, microSD kartları üçün slot və 13.1 meqapiksellik “Exmor RS” kamerası ilə təchiz edilib.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, aparata “Android 4.2.2 Jelly Bean” əməliyyat sistemi quraşdırılıb.

Sözügedən aparatın akkumulyatorunun həcmi 2230 milliamper/saat təşkil edir.

Emil Hüseynov
 
 




30/08/13    Çap et