Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanın su operatoru daha bir onlayn ödəmə sisteminə qoşulub



 “Azərsu” Açıq Səhmdar Cəmiyyəti ilə “Azərikard” prosessinq mərkəzi arasında əməkdaşlıq daha da genişlənir. “Azərsu” ASC-dən verilən məlumata görə, adıçəkilən Səhmdar Cəmiyyətin onlayn-ödəmələr sisteminə qoşulması üzrə bütün işlər müvəffəqiyyətlə başa çatıb:
 
“Artıq istər əhali, istərsə də qeyri-əhali abunəçiləri “Azərsu” ASC-nin rəsmi internet səhifəsinin (www.azersu.az) “Online ödəniş” bölməsinə daxil olub plastik kartlardan istifadə etməklə su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış borclarını ödəyə bilərlər”.

Qeyd edək ki, “Azərsu” ASC-nin rəsmi internet səhifəsinin (www.azersu.az) “Online ödəniş” bölməsindən KÖMİS və “GoldenPay” ödəniş sistemlərinin xidmətlərindən də istifadə etmək mümkündür.

CAHANGİR




30/08/13    Çap et