Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Provayderlərin internet xidmətləri bazarında payı artır
Azərbaycan internet xidmətləri bazarında son bir ay ərzində regional dövlət provayderi “Aztelekom”un xeyrinə dəyişiklik müşahidə olunub.
“Delta Telecom” şirkətinin saytında yerləşdirilmiş ölkədə fəaliyyət göstərən internet provayderlərin interaktiv qrafikinə əsasən, genişzolaqlı internet xidmətləri bazarında “Bakinternet”in payı 1,4%-dək azalaraq 22,9% təşkil edib, “Aztelekom”un bazar payı 2%-dək artaraq 17,4%-ə çatıb.
Hesabat dövründə, ənənəvi olaraq reytinqdə birinci yerləri tutan “Bakinternet”, “Aztelekom”, “Uninet” və “Azeronline” şirkətləri kəskin rəqabəti davam ediblər.
Son bir ay ərzində “Uninet”in payı cüzi azalaraq 11,7% təşkil edib, “Azeronline”nın payı artaraq 9,2%, “Connect” şirkəti bazar payını 5,5% azalması nəticəsində yerini 6,14% paya malik olan “Dataplus” şirkətinə verib.
Onların ardınca 4,2% bazar payı ilə “Azqtel”, 3% -“Adanet”, 2,3% -“Ultel”, 2,4% - “Azstarnet”, 1,7% - “Smart”, 1,6% - “Avirtel”, 1,5% -“Azeurotel”, 1,9% - “Castel”, “Azstatenet”in payı cüzi azalaraq 1,23% təşkil edib.
Digər provayderlər bazarda çox kiçik paya malikdirlər – 0,01-1,21% ətrafında.
Qeyd edək ki, ötən ilin sonundan etibarən “Orbit.az”, “Q-telecom”, “Meqatelecom”, “Globalnet”, “Eurotelecom” kimi yeni şirkətlər işə başlayıblar və onlar bazarın 1% aşağı payına malikdirlər. Ümumilikdə ölkədə hazırda 30-dan çox internet provayder fəaliyyət göstərir.
Aynur Vəliyeva
31/08/13 Çap et