Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Mərkəzi Bankı dörd İT şirkətlə müqavilə imzalayıb
Azərbaycan Respublikasının Mərkəzi Bankında istismarda olan informasiya sistemlərinin texniki və proqram platformalarının dəstəklənməsi üçün tenderin qaliblərini müəyyən edib.
Azərbaycan Respublikasının Mərkəzi Bankından “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, bankda istismarda olan informasiya sistemlərinin texniki və proqram platformalarının dəstəklənməsi üçün keçirilmiş 3 lotdan ibarət tenderdə iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilib və qiymətləndirmə nəticələrinə görə tender komissiyasının qərarı ilə “GTSolutions”, “SİNAM”, “Foranx” və “System technologies” şirkətləri tenderin qalibi elan edilib, həmin şirkətlərlə satınalma müqavilələri imzalanıb.
Aynur Vəliyeva
31/08/13 Çap et