Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakı-Böyük Kəsik sahəsində fiber-optik rabitə sistemi istismara verilib
«Son illər ərzində ölkəmizin nəqliyyat sektoru da sürətlə inkişaf edib və müasirləşib. Bu sahənin iqtisadi göstəriciləri ildən-ilə yüksələrək görülən işlərin keyfiyyəti və səmərəliliyi artıb. Dəmir yolu nəqliyyatı sistemində görülən işlər də məqsədyönlü şəkildə davam etdirilib. Hazırda icrasına başlanılan «Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı» ilə müəyyən olunan tədbirlərin ardıcıl olaraq uğurla həyata keçirilməsi nəticəsində dəmir yollarımız daha da müasirləşəcək, özünün yeni və sürətli tərəqqi dövrünə qədəm qoyacaq».
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov Yeni Azərbaycan Partiyasının rəsmi saytına verdiyi müsahibəsində söyləyib.
O qeyd edib ki, Bakı-Böyük Kəsik sahəsində Almaniyanın “Siemens” şirkətinin həyata keçirdiyi fiber-optik rabitə sistemi istismara verilib. A.Əsgərov əlavə edib ki, 2010-cu ilin iyulunda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yeni internet saytı (www/.railway.gov.az) ictimaiyyətə təqdim olunub:
«21 noyabr 2011-ci ildən ölkə daxilində və ölkədən kənara hərəkət edən sərnişin qatarlarına gediş biletlərinin İnternet şəbəkəsi vasitəsilə onlayn rejimində bilet satışına start verilib».
SEYMUR
02/09/13 Çap et