Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Hər beş internet istifadəçisindən biri reklamı bloklayır
“PageFair” şirkətinin topladığı məlumatlara əsasən, saytlara daxil olan istifadəçilərin 22,7%-i reklamı bloklayan vasitələrdən istifadə edirlər.
“ICTnews.az” elektron xəbər xidməti “vestifinance.ru” saytına istinadən bildirir ki, bu vəziyyətlə mübarizə üçün xidmətin tərtibatçısının hesablamalarına görə, bu təcrübə yüksək texnologiyalara həsr edilmiş oyun forumları və saytların istifadəçiləri arasında geniş yayılıb. Onların 30%-i ekrandakı yerdən əlverişli istifadə etmək və öz diqqətini toplamaq üçün xüsusi proqramlardan istifadə edirlər.
Bəzən provayder bu cür addım atır. Məsələn, bu ilin fevralında Fransanın abunəçi bazasının həcminə görə ikinci provayderi “Free” “Google”un “Adsense” sistemi ilə təqdim edilən reklamı avtomatik bloklamağa başlayıb.
Emil Hüseynov
02/09/13 Çap et