Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İTİDF-nin Müşahidə Şurasının tərkibi təsdiqlənib


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya  Texnologiyaları   İnkişafı  Dövlət Fondunun (İTİDF) Müşahidə Şurasının tərkibini təsdiqləyib.

Fondun Müşahidə Şurasının tərkibinə Rabitə və İnformasiya Texnologiyaları, İqtisadi İnkişaf, Maliyyə və Təhsil nazirliklərinin, eləcə də,  iki qeyri-hökumət təşkilatının nümayəndəsi daxildir.

Sentyabr ayından fondun fəaliyyətinin təşkili üzrə işlər aktivləşəcək və ilin sonunda  fondun fəaliyyətə başlaması gözlənilir. İlin sonunda artıq ilk qrant müsabiqəsi elan ediləcək.  Müsabiqədə üstünlük verilən layihələr yeni innovativ məhsulların və infrastrukturun, GRİN texnologiyaların yaradılmasını, İKT və internet xidmətlərinin inkişafını nəzərdə tutan layihələr olacaq.

Aynur Vəliyeva
 




02/09/13    Çap et