Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Vyetnamda ölkənin daxili siyasətini internetdə müzakirə etmək qadağan edilib
Vyetnamda dövlətin daxili siyasətinin internetdə müzakirəsinə qadağa tətbiq edən qanun qüvvəyə minib.
№72 qanununa əsasən, bloq və sosial şəbəkələr yalnız fərdi informasiyanın mübadiləsi üçün istifadə oluna bilər.
“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, qanun internetdə Vyetnam hökumətinin mövqeyindən fərqli xəbərlərin nəşrini qadağan edir.
Yeni qanuna əsasən, xarici internet şirkətlərin lokal serverləri Vyetnam ərazisində yerləşməlidir.
Vyetnam birpartiyalı kommunist dövlətidir və hakimiyyət kütləvi informasiya vasitələri üzərində sərt nəzarət edir.
Emil Hüseynov
02/09/13 Çap et