Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Maliyyə Nazirliyi vətəndaşların qəbulu üçün onlayn qeydiyyat xidmətini işə salıb



Azərbaycan Maliyyə Nazirliyi vətəndaşların adıçəkilən qurumun rəhbər şəxslərinin qəbuluna yazılma prosedurunu sadələşdirib.

“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, nazirliyin rəsmi saytında (maliyye.gov.az) “Vətəndaşların qəbulu üçün onlayn qeydiyyat” bölməsi istifadəçilərin ixtiyarına verilib. Qəbula yazılmaq üçün ilk növbədə bölmədə təqdim olunan “Kimin qəbuluna yazılmaq istəyirsiniz?” sualı müvafiq qrafalar vasitəsilə cavablandırılmalıdır.

Eyni zamanda istifadəçinin ad, soyad, elektron poçt ünvanı, yaşadığı ünvan və telefon nömrəsini müvafiq xanalara qeyd etməsi tələb olunur.

Həmçinin qəbul zamanı müzakirə olunacaq məsələ haqqında qısa məlumatı daxil etmək lazımdır. Mövzu yığcam və konkret şəkildə yazılmalıdır. Sonda riyazi misal xanası doldurulur və “Göndər” düyməsi sıxılaraq elektron müraciət Maliyyə Nazirliyinə ünvanlanır.

Qeyd edək ki, istifadəçi qəbul müraciətini göndərdikdən sonra ekranda təşəkkür mesajı göründüyü təqdirdə müraciətinin ünvanına çatdığına əmin ola bilər.

CAHANGİR




02/09/13    Çap et