Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu il “Bakutel” şərgisi çərçivəsində bir sıra beynəlxalq konfranslar keçiriləcək
“İteca Caspian” şirkəti 2013-cü ilin payız sərgi mövsümünü açıq elan edib.
Payız sərgi mövsümü 2-5 dekabr tarixində “Bakutel 2013” 19-cu Azərbaycan Beynəlxalq “Telekommunikasiya və İnformasiya Texnologiyaları” sərgisi ilə başa çatacaq.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2013-cü il Azərbaycanda “İnformasiya və kommunikasiya texnologiyaları ili” elan edilib və bu kontekstdə bu il keçirilən “Bakutel 2013” sərgisi Azərbaycanın İKT sektorunda əldə etdiyi nailiyyətlərin nümayişi üçün unikal meydança olacaqdır.
Ənənəvi olaraq, sərgidə aparıcı İKT şirkətləri, mobil rabitə və kommunikasiya operatorları, habelə internet provayderləri iştirak edəcəklər.
Sərgiyə həmçinin Belarus, Çin, Malayziya, Rusiya, Sloveniya, ABŞ, Ukrayna, Yaponiya və digər ölkələrdən olan şirkətlər də qatılacaqlar. Builki sərginin fərqli cəhəti milli stendlərin say etibarı ilə daha çox olmasıdır.
Sərgini geniş işgüzar proqram müşayiət edəcək.
Belə ki, sərgi çərçivəsində kibertəhlükəsizlik mövzusunda konfrans və Dünya azərbaycanlılarının I virtual konfransı, habelə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və İnformasiya Texnologiyaları İnstitutunun təşkilati dəstəyi ilə “Azərbaycanda internet: dünən, bu gün və sabah” mövzusunda beynəlxalq elmi-praktik konfrans, “TASİM” konsorsiumuna daxil olan əsas telekommunikasiya operatorlarının illik forumu, “İnternet regional inkişaf və təşviqatın lokomotivi kimi” mövzusunda internet idarəçiliyi üzrə Azərbaycan Respublikasının birinci beynəlxalq forumu, Azərbaycan Respublikasında dövlət və özəl İKT sektorları arasında əməkdaşlıq üzrə mütəxəssislər mərkəzinin yaradılması ilə əlaqədar tədbir, o cümlədən Asiya və Sakit okean regionu üzrə iqtisadi və sosial komissiyanın “Biliklərə əsaslanan iqtisadi inkişaf üzrə “SPECA” layihəsinin (BMT-nin Mərkəzi Asiya üzrə xüsusi iqtisadiyyat proqramı) işçi qrupu”nun iclası və Azərbaycan-Argentina və Azərbaycan-ABŞ İKT forumları keçiriləcək.
Aynur Vəliyeva
02/09/13 Çap et