“Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” məqalə müsabiqəsinin 1-ci mərhələsinin qalibləri elan edilib
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “İKT ili” çərçivəsində “Respublikada “Elektron hökumət”: mövcud vəziyyət, problemlər, perspektiv və gözləntilər” mövzusunda elan etdiyi analitik məqalə müsabiqəsinin 1-ci mərhələsi başa çatıb. Aşağıdakı müəlliflər 1-ci turun qalibləri olublar:
Hüseynov Aydın. “Azərbaycanda E-hökumət xidmətlərinin monitorinq sisteminin
yaradıl”masının mümkün istiqamətləri”. |
Əlizadə Fuad . "E-правительство" - новый этап развития страны |
Quliyeva Zülfiyyə. “Elektron hökumət”dən kənarda qalanlar… |
Əhmədova Aynurə. “Elektronlaşa bilməyən vətəndaşlar, yoxsa hökumət strukturları?” |
Hətəmov Zahir. “Dövrün tələbi - elektron idarəetmə” |
İlyasov Ramin “Yeni idarəetmə erası- Elektron Hökumət” |
Hüseynova Ruhiyyə. “E-hökumətin “b” variantı; Nazirliklər niyə ləngiyir? – Araşdırma |
Məmmədova Xəyalə.E-Dünya təcrübəsi əsasında yeni “Elektron-Azərbaycan”
modelinin tətbiqi yollarının əsas inkişaf istiqamətləri |
Hacalıyev Elnur. “Elektron Hökumət: çevik və səmərəli idarəçiliyin uğurlu formulu”. |
Quliyeva Gülnar. “Elektron Hökumət”in Azərbaycan modeli” |
Onlayn səsvermənin yekunlarına görə: |
Mahmudova Tacirə. “İKT-Dəyişən və dəyişdirən amil”
Adları bu siyahıda olan iştirakçılar müsabiqənin 2-ci mərhələsinə keçiblər.
Uğurlar! |
|
Hörmətli müsabiqə iştirakçıları!
Müsabiqənin 2-ci mərhələsinə start verilir.
2-ci mərhələyə təqdim ediləcək məqalə aşağıdakı qeyd olunan məsələlərin hər birini əhatə etməlidir:
· Sahə üzrə qanunvericiliyin analizi və təkliflər;
· Dövlət informasiya ehtiyatları və fərdi məlumatlar informasiya sistemləri ilə tanışlıq, təhlil və təkliflər. Hansı informasiya sistemlərini görmək istərdilər?
· Portal üzərindən xidmət göstərməyən qurumlar: səbəblərin araşdırılması;
· Beynəlxalq təcrübə və müqayisə;
. "2013- 2015-ci illərdə dövlət orqanılarında elektron xidmətlərin genişləndirilməsi və "Elektron hökumət"in inkişafına dair Dövlət Proqramı"nın layihəsiniə təkliflər;
· Sosial tələblərdən irəli gələrək yeni elektron xidmətlərin yaradılması;
· Portalın yeni funksionallıqları;
· Elektron xidmətlərin təbliği, təşviqi, tədrisi və miqyaslanması.
. Kadr hazırlığı .
Məqalələr 16 sentyabra qədər elektron imza ilə təsdiq olunmuş formada Təşkilat Komitəsinə göndərilməlidir. Bu tarixdən sonra təqdim olunan məqalələr qəbul olunmayacaq. Məqalələr təqdim olunduqdan sonra 10 gün ərzində KİV-də dərc olunmalıdır. KİV-də dərc olunmayan məqalələr müsabiqədə iştirak etməyəcək.
Qeyd: 2-ci mərhələdə iştirak üçün e-imza vəsiqəsinin alınması
www.e-imza.az saytında elektron müraciət forması ilə təmin olunacaqdır.