Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Acer” 4K formatında çəkiliş edən 6 düymlük smartfonunu təqdim edib


 
“Acer” şirkəti “Full HD” formatlı 6 düymlük ekranla təchiz edilmiş və 4K formatında (3840×2160 nöqtə) çəkilişi dəstəkləyən “Liquid S2” smartfonunu təqdim edib. Aparat 2,2 QHs takt tezlikli dördnüvəli “Qualcomm Snapdragon 800” prosessoru, 13 meqapiksellik əsas, 2 meqapiksellik ön kamera, 2 QB əməli və 16 QB daxili yaddaşla təchiz edilib.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, aparata “Android 4.2” əməliyyat sistemi quraşdırılıb, “LTE” şəbəkələrində iş rejimini dəstəkləyir, akkumulyator batareyasının həcmi 3300 milliamper/saat təşkil edir.

“Acer” şirkəti “Liquid S2” smartfonunu Almaniyada keçiriləcək “IFA 2013” istehlak elektronikası sərgisində nümayiş etdirəcək. Smartfonun qiyməti hələ ki açıqlanmayıb.

Emil Hüseynov
 
 




03/09/13    Çap et