Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
8 nüvəli “HD” ekranlı smartfon təqdim edildi
“Meizu” şirkəti “MX3” smartfonunu təqdim edib. Aparatın ən ucuz modifikasiyası 410 dollar qiymətinə satışa çıxarılacaq. 128 QB daxili yaddaşla təchiz edilmiş bahalı versiyasının qiyməti 650 dollar təşkil edəcək. Sentyabrın ikinci yarısında satışlara başlanılacaq.
“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, təxmin edildiyi kimi, “Meizu MX3” smartfonu səkkiznüvəli “Exynos 5” çipi, 2 QB əməli yaddaş, 8 meqapiksellik fotomodul, “NFC”, “Wi-Fi”, “Bluetooth 4.0”, “GPS” modulları və “Full HD” təsvir ölçülü 5,1 düymlük ekranla təchiz edilib.
Akkumulyator batareyasının tutumu 2400 milliamper/saat təşkil edir.
Emil Hüseynov
03/09/13 Çap et