Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ericsson” yeni İKT mərkəzlərinə təxminən 1,1 milyard dollar xərcləyəcək


"Ericsson" şirkəti üç yeni informasiya-rabitə texnologiyaları mərkəzinin tikintisinə 7 milyard İsveç kronası (1,1 milyard dollar) xərcləməyi planlaşdırır.

"ICTnews.az" elektron xəbər xidməti "digit.ru" saytına istinadən bildirir ki, 5 il müddətində "Ericsson" İsveçdə (Stokholm və Linkopinq) iki mərkəz və Kanadada bir mərkəz tikəcək. Şirkətin ən böyük tədqiqat mərkəzi Stokholmda yerləşir. 2012-ci ildə şirkətin tədqiqat fəaliyyətinə xərcləri dövriyyənin 14%-ni təşkil edib.

"Ericsson" İsveçin telekommunikasiya avadanlığı istehsalçısıdır. 2013-cü ilin ikinci rübündə şirkətin gəliri 8,5 milyard dollar təşkil edib.

Emil Hüseynov
 
 




03/09/13    Çap et