Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qlobal texniki landşaft xəritəsi yaradılıb


Böyük Britaniya və ABŞ alimləri qlobal kəşflər və texnologiyalar xəritəsi yaradıblar. Xəritənin köməyi ilə texnikanın hansı sahəsinin daha çox inkişaf etməsini, eləcə də hansının inkişaf etməməsini, ölkələr və korporasiyaların hansı sahədə ixtisaslaşmasını müəyyən etmək mümkündür.

Kaliforniya Universitetinin mütəxəssisi Luçiano Key və onun həmkarları Avropa Patentlər Bazasının 2000-2006-cı illərdə rəsmən tanınmış 760 min kəşflə bağlı məlumatından istifadə edərək hər bir kəşfi xəritədə nöqtə kimi göstəriblər.  

Alimlər qrafik baxımdan kəşflər arasındakı əlaqəni müəyyən etmək üçün patentdə digər patentə istinadın göstərilməsini əsas gətirərək onlar arşında əlaqənin mövcudluğunu qeyd ediblər. Bundan başqa, alimlər müxtəlif texnoloji “qitələr” (xəritədə kəşflərin eyni və ya qatışıq texnoloji sahələrdən toplanması ilə) arasında məsafənin onlar arasındakı əlaqələrdən asılı olduğunu müəyyən ediblər.  

Beləliklə, tədqiqatçılar gözlə görünə bilən texnoloji xəritə əldə ediblər və burada onların bir-birindən nə qədər uzaqda yerləşməsini açıq-aydın müşahidə etmək olar.

Alimlər xəritəni bir neçə dəfə sınaqdan keçirərək “Samsung”, “DuPont” və “IBM” kimi nəhəng şirkətlərin “patent landşaftı”nın, eləcə də müəyyən texnologiyanın şəbəkə əlaqəsinin necə görünməsini nümayiş etdiriblər, - "Digit www.digit.ru” yazır.




03/09/13    Çap et