Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azərpoçt”un daha 21 filialı “Золотая Корона” beynəlxalq pulköçürmələri sisteminə qoşulub


“Azərpoçt” MMC “Золотая Корона” beynəlxalq pulköçürmələri sistemi üzrə fəaliyyətini genişləndirməyə davam edir.

 “Azərpoçt” MMC-dən verilən məlumata görə, adıçəkilən qurumun  daha 21 filialı “Золотая Корона” beynəlxalq pulköçürmələri sisteminə qoşulub: “Artıq Göyçay, Zərdab, Kürdəmir, Ağdaş, Qəbələ, İsmayıllı, Ucar, Yevlax, Ağdam, Tərtər, Bərdə, Mingəçevir, Ağcabədi, Şəki, Zaqatala, Qax, Oğuz, Balakən, Şamaxı, Qobustan, Ağsu poçt filiallarının maliyyə xidmətləri göstərən bütün şöbələrində sözügedən sistem üzərindən pulköçürmələri almaq və göndərmək mümkün olacaq”.

CAHANGİR

 




03/09/13    Çap et