Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

SMS poçt markasını sıxışdırır


İsveçrə poçtu istifadəçilərə poçt rabitəsi xidmətlərini SMS-in köməkliyi ilə ödəməyi təklif edib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki,  marka almaq və onu zərfə yapışdırmaq əvəzinə, indi "MARKA" sözünü SMS-lə 414 qısa nömrəsinə göndərmək olar. Mesajın qiyməti 1,2 İsveçrə frankı təşkil edir.

Bundan sonra istifadəçiyə kod göndərilir və həmin kodu zərfin sağ üst küncündə yazmaq lazımdır. Poçtda emal zamanı kod kompüter tərəfindən oxunur və ödənişin göndərilməsinə sübut rolunu oynayır.
Sözügedən sistem hələ ki sınaq rejimində işləyir. Sınaq müddəti bir il davam edəcək. Kod ödəniş anından 10 gün müddətində qüvvədədir.

2008-ci ildə Almaniya, 2011-ci ildə isə Danimarka və İsveçdə müvafiq xidmət istifadəyə verilib.

Emil Hüseynov
 




03/09/13    Çap et